Bazar , 19 May 2024
Drone Cameras

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilir

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilir.

Boyukmillet.com xəbər verir ki,13-14 May tarixlərində dünyanın bir çox ölkələrindən tanınmış diaspor nümayəndələri, eləcə də azərbaycanlı iş adamları İsveçin paytaxtı Stokholmda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunu təsis edəcəklər.

Toplantıda yalnız təsisçilər iştirak edəcək.

Gələcəkdə fondun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı fondun təsisçiləri arasında artıq online zoom konfransı baş tutub, bəzi məsələlər müzakirə edilib.

Avropada və dünyada yaşayan azərbaycanlı iş adamları, tanınmış şəxslərin fonda cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, Fondun əsas məqsədi informasiya cəbhəsində Azərbaycanın haqlı mövqeyinin gücləndirilməsi, xaricdə yaşayan Azərbaycanlı iş adamlarına dəstəyin göstərilməsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsindən ibarətdir.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …