Bazar , 4 Oktyabr 2026
Drone Cameras

“Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə attestat da veriləcək. Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Check Also

Prezidentin parlamentə qaytardığı qanun layihəsi qəbul olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov innovativ iqtisadiyyatın stimullaşdırılmasını və …