Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

PKK atəşkəs elan edib

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Boyukmillet.com Haber Globala istinadən xəbər verir ki, təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib. 

Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …