Şənbə , 4 May 2024
Drone Cameras

PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub

PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.

Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.

Check Also

Ərdoğandan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …