Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Polis məscidə gələnləri bir-bir yoxladı – Gəncədən fotolar

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.

Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri yerinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb.

Sonda polis əməkdaşları könüllü, qanvermə aksiyasında iştirak ediblər.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …