“Azərbaycanı biabır edən edən rüşvət və korrupsiyanın at oynatdığı nazirlik və komitələr barəsində xaricdə ölkəmizlə maraqlanan bir çox siyasi qüvvələrin əlində məlumat var. Məlum məsələdir ki, pulları xarici banklarda hifz olunan məhz belə məmurlar ölkəni içindən yeyən qurdlardır və öz böyük maliyyə vəsaitlərinin əsirlərinə çevrilərək ölkəyə qarşı düşmən və xain mövqe tuta bilirlər. Onlar xarici qüvvələrin əlində marionetkaya çevrilib bizə qarşı istifadə olunan silah rolunda çıxış edirlər. Bu gün işdən çıxarılan məmurların fəaliyyəti yoxlanılmalı və ələ keçirdikləri vəsait büdcəyə qaytarılmalıdır”.
Bu fikirləri Boyukmiyyet.com saytına politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə bildirib. Elçin Axundzadə
“Prezidentin keçirdiyi islahatlar nəticəsində bir çox qurumlarda rüşvətin korrupsiyanın qarşısı xeyli alındı.Biz bu islahatlarda dövlət başçısını və Mehriban xanımı dəstəkləməliyik ki, illərlə vəzifəsində kök salıb yarıtmaz fəaliyyət göstərən həm xalqın , həm dövlətin mənafeyinə zərbə vuran insanlar hakimiyyətdən uzaqlaşsınlar. Vəzifə başında olan şəxslər vəzifəsinin məsuliyyətini dərk etməlidirlər.
2014-cü il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Əfqanıstanda hazırlanan 2 ton 790 kiloqram yüksək keyfiyyətli maye heroini ölkə ərazisində saxlaması ilə bağlı məlumat yaydı. Rəsmi məlumatda maye heroinin maye halında olan sabun adı altında 30 litrlik 93 çəlləkdə daşındığı bildirilirdi. Qeyd olunurdu ki, əməliyyat zamanı 2 Gürcüstan və 1 Türkiyə vətəndaşı saxlanıb. Sonrakı məlumatlarda yükün son çatdırılma nöqtəsi kimi Moldova göstərilirdi. Bu günə qədər yükün Azərbaycan ərazisinə necə daxil olması haqda rəsmi məlumat yoxdur. 3 tona yaxın heroinlə yüklənmiş maşın Astara Gömrük-Keçid Məntəqəsindən ölkəyə daxil olub və 500 kilometrlik yolu qət etməklə Qazaxdakı gömrük-keçid məntəqəsindən çıxmaqla sərhədlərimizi aşıb. Söhbət bir kilodan getsə deyərdik bəlkə kiçik adamların işdiri bu. 3 ton heroin o demədkir ki bu məsələnin arxasında böyük qüvvələr dayanıb. Amma üstünü malaladılar. Bu məsələdə Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin də adı hallandı. Ukraynada ona məxsus olduğu bildirilən avtomobillərdə heroin tutulmuşdu. Cavanşir Pşazadə bu maşınları satdığını deyərək işin içindən çıxdı. Bu yaxınlarda yenidən sərhəddən keçmiş, lakin gömrükdən keçməmiş bir ton narkotik maddə saxlanıldı.
Bu qədər narkotik vasitələr Azərbaycan sərhədii keçdi ,amma şükür ki gömrükçülər tərəfindən saxlanıd. Necə oldu sərhədçilər görmədi, amma gömrükçülər saxladı. Dedilər lazımi avadanlıqlar yoxdur. Yoxdur alın da. Dövlət sərhəd xidmətində 20-yə qədər general var. Şişirdib, şişirdib general rütbəsi verirlər. Onlara verilən maaş da büdcədən getmirmi. Yalançı rütbələrə veriləcək pulu verərdiniz narkotiki şakarlayan müasir avadanlıqların alınmasına.
Və ya Gürcüstanda Keşikçi Dağ ətrafında postda duran əsgərimizin əlindən silahının alınması məsələsi. Bunu hərə bir tərəfə yozdu. Dedilər əsgərə öncədən xüsusi təlimat verilib falan. Hərbinin öz qanunları var. Necə yəni əsgərin əlindən mülki şəxs sialh alsın o da durub baxsın.
Elçin Quliyev ya yorulub ya da tükənib. O şou-proqramlarda iştirak etməkdənsə işini görməlidir. 5 kilometlik bayrağı başının üzərinə alıb getməkdənsə, bulvarda idman proqramlarına qatılmaqdansa işini görsə yaxşı olardı. Yuxarıda qeyd etdiyim və üzərindən keçilən bu məsələlər heç də yüngül məsələlər deyil. Sərhəd bizim namusumuzdur. Bəlkə Sovet dönəmində olduğu kimi DSX DTX-nın tərkibinə daxil edilməlidir. Sırf təhlükəsizliyimiz naminə. Bu sadəcə mənim düşüncəmdir ”,- deyə Elçin Axundzadə bildirib.