Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Polşa prezidenti Rusiyanın kütləvi qırğın silahlarından istifadəsinin nəticələrindən danışıb

“Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə, NATO liderləri alyansın gələcək hərəkətlərini müzakirə etməyə məcbur olacaqlar”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda BBC-yə müsahibəsində deyib.

Polşa lideri ümid etdiyini bildirib ki, Rusiya ordusu kimyəvi, bioloji, nüvə və ya hər hansı digər kütləvi qırğın silahlarından istifadə etməyəcək: “Hər kəs ümid edir ki, bu belə olmayacaq, lakin kütləvi qırğın silahlarının istifadəsi hər şeyi dəyişəcək”.

O əlavə edib ki, belə bir ssenarini istisna etmək olmaz və bu halda NATO ölkələrinin liderləri masa arxasına oturub nə edəcəkləri barədə ciddi düşünməli olacaqlar. Duda vurğulayıb ki, bu halda vəziyyətin təhlükəsi təkcə Avropa miqyasında deyil, həm də qlobal miqyasda inkişaf edəcək.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …