Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Polşa Prezidenti Ukraynanı yeni müqavilə bağlamağa dəvət edib

Polşa Prezidenti Anjey Duda Ukraynaya mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

“Əminəm ki, mehriban qonşuluq haqqında yeni müqavilə bağlamağın vaxtı çatıb”, – Polşa lideri bildirib.

Bundan əlavə, Duda hesab edir ki, Ukrayna və Polşa arasında avtomobil, dəmir yolu və infrastruktur kommunikasiyaları şəbəkəsi zəif inkişaf edib. O, əlavə edib ki, iki ölkə arasındakı sərhəd bölünməməlidir, əksinə birləşməlidir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …