Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Polşa şirkətləri Qarabağda bərpa olunan enerji layihələrində iştirakını nəzərdən keçirir

Polşa şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakı və əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.

Bildirilib ki, AREA-nın direktoru Cavid Abdullayev Polşanın fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

C. Abdullayev Azərbaycanla Polşa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi qeyd edib. Azərbaycanın yüksək bərpa olunan enerji potensialının olduğu və bu istiqamətdə meqalayihələrin həyata keçirildiyini bildirib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi üzrə görüləcək işlər barədə məlumat verilib. Polşa şirkətlərinin bu layihələrdə iştirakı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …