Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb

Məşhur “Transfermarkt” portalı postsovet məkanının ən bahalı futbolçularının siyahısını müəyyənləşdirib.

Boyukmillet.com xəbər verir ki, ilk pillədə İtaliyanın “Napoli” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (85 milyon avro) qərarlaşıb.

Postsovet məkanının ən bahalı ikinci futbolçusu isə İngiltərə təmsilçisi “Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrikdir. Onun qiyməti 60 milyon avro dəyərləndirilib.

İlk “3-lüy”ü Ukrayna futbolunun əfsanəsi, “Milan”, “Çelsi” kimi top-klublarda çıxış etmiş Andrey Şevçenko (51 milyon avro) qapayır.

Qeyd edək ki, X.Kvaratsxeliyanın və M.Mudrikin dəyəri 2023-cü, A.Şevçenkonun dəyəri isə 2006-cı ilə əsasən müəyyənləşdirilib.

Check Also

Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm

Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında …