Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Boyukmillet.com x əbər verir ki, günün ilk oyununda son çempion “Neftçi” “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” I turda evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibləri isə “Qarabağ”la bərabərə qalıb – 1:1.
Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıb. 6 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində isə “Zirə”nin minimal üstünlüyü var – 23:22.
Tura “Azersun Arena”da yekun vurulacaq. Vitse-çempion “Qarabağ” “Səbail”i qəbul edəcək. Paytaxt klubu ilk matçda gözlənilmədən “Sabah”a qalib gəlib – 1:0. Bu, tərəflərin Premyer Liqada 16-cı oyunudur. Texniki nəticə nəzərə alınmasa, “dənizçilər” rəqibinə qalib gəlməyib. “Qarabağ” 12 qələbə qazanıbsa, 2 görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisi uduzmadığı qarşılaşmaların hamısında qol sevinci yaşayıb. Topların fərqində də “köhlən atlar” aşkar üstünlüyə malikdir – 26:3.
Azərbaycan Premyer Liqası, II tur
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” –“Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” evdə “Keşlə”ni 2:1, “Sumqayıt” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.