Bazar , 8 Fevral 2026
Drone Cameras

Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Boyukmillet.com-un xəbərinə görə, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilib.

Belə ki, buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …