Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Prezident Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com-un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman da imzalayıb.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …