Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

“Prezident həmişə bütün sosial layihələrə müsbət yanaşıb”

“Azərbaycan prezidenti İlham Əliyevin 2003-cü il prezident seçiləndən bu günə kimi həyata keçirdiyi bütün layihələr sosial siyasətin genişlənməsinə və inkişaf etməsinə yönəlib”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin müzakirələri zamanı həmişə diqqət sosial sahələrə ayrılıb:

“Milli Məclisdə bəzi layihələrin müzakirəsi saxlanılsa da, sosial sahələr həmişə müzakirələrdə öndə olub. Onların arasında əmək haqqları, pensiya, ev tikintiləri kimi sahələr diqqət mərkəzində olub, daha da genişləndirilir və bu istiqamətdə daha çox işlər görülür. Hətta, bu yaxınlarda prezidentin siyasətinin tərkib hissəsi olaraq, 255 jurnalistə ev də hədiyyə edildi. Hər bir insanın evi olmalıdır. Çünki, bu ailə, dolanışıq üçün vacib olan məsələlərdən birincisidir. İnsanlar evlə təmin olunmalıdır”.

Deputat bildirib ki, prezident İlham Əliyev həmişə bütün sosial layihələrə müsbət yanaşıb:

“Mən bir millət vəkili kimi bütün bu layihələrin içində olmuşam və müzakirələrdə iştirak etmişəm. Ümumiyyətlə, istər prezidentin, istərsə də Mehriban xanım Əliyevanın imza atdığı sosial layihələrə münasibətim həmişə müsbət olub. Məktəb tikintilərinə nəzər salın. Bu gün Azərbaycanın bütün bölgələrində məktəblər yenidən tikilib və tikilməkdə davam edir. Əhalinin ünvanlı sosial yardımla təmin edilməsi isə insanların yaşayış güzaranını daha da yaxşılaşdırıb”.

Vahid Əhmədov dövlət büdcəsinin 35-40%-nin sosial sahələrə ayrıldığını vurğulayıb:

“Prezidentin sosial siyasətini alqışlayıram. İndiki böhran vəziyyətində, dünyada gedən siyasi-iqtisadi mübarizələr dönəmində Azərbayca imza atdığı sosial layihələrini maksimum yerinə yetirir”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir