Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Prezident İlham Əliyev qarşıya çıxan hər cür problemi uğurla həll etməyə qadir dövlətçilik modeli yaradıb” – Aydın Quliyev

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi siyasət məqsədyönlü və hərtərəfli hesablanmış siyasət olmaqla gözlənilən nəticələri tam olaraq verir. Azərbaycanın hərtərəfli güclü və nüfuzlu dövlətə çevrilməsi praktik və elmi-nəzəri əsaslara söykənən dövlətçilik kursunun bariz təcəssümüdür.

Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşının və cəmiyyətin bütünlüklə mənafelərinə söykənən daxili və xarici siyasət Prezident Əliyevin dövlətçilik kursunun ana xəttidir: “İlham Əliyev Azərbaycanı hər mənada güclü və təsirli dövlət səviyyəsinə çatdıraraq sosial, iqtisadi və təcavüz problemini bu əsasda həll etməyə imkan verən strategiya üzrə işlədi. Prezidentin düzgün enerji siyasəti, strateji valyuta ehtiyatları yaratması, iqtisadi islahatları, şaxələndirmə siyasəti, korrupsiya və məmur özbaşınalıqları ilə mübarizəsi, kadr islahatları, yenilməz ordu quruculuğu, tolerant və multikultural cəmiyyət yaratması Azərbaycanı güclü dövlətçiliyə doğru aparan yolun həlledici və əhəmiyyətli elementləridir. İnsanların rifahı, təhlükəsizliyi və ərazi bütövlüyü naminə güclü dövlət Prezidentin dövlətçilik platformasının əsas prinsipidir.

Prezident İlham Əliyev ən yeni dünya tarixində pozulmuş ərazi bütövlüyünün bərpa problemi yaşayan bütün xalq və dövlətlərə sınaqdan şərəflə çıxmış hazır konsepsiya verdi. İlham Əliyevin hərbi-siyasi taktikası ərazi bütövlüyümüzün bərpası və Dağlıq Qarabağ kimi problemin həlilinə gətirib çıxaran dərin və hərtərəfli konsepsiyadır”.

Ekspert bildirib ki, Azərbaycan Prezidenti güclü iqtisadiyyat, təminatlı ordu, sarsılmaz xalq-hakimiyyət birliyi və nüfuzlu beynəlxalq mövqe sayəsində hətta böyük dövlətlərin birlikdə bacarmadıqları problemin öhdəsindən gəldi: “17 ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri hakimiyyət-xalq birliyini möhkəm daxili sabitliyin pozulmaz şərti kimi bərqərar etməsidir. Bu gün cəmiyyətin Prezident Əliyevə alternativ görməməsi və axtarmamasının arxasında cəmiyyətin gündəlik rifahına bağlı tutarlı sosial-iqtisadi və təhlükəsizlik fəaliyyətləri dayanır. 44 günlük müharibədən sonra Azərbaycan xalqı bir daha əmin oldu ki, ölkənin problemlərini dəqiq görmək və onları ən səmərəli mexanizmlər əsasında həll etmək üçün sıralamaqda İlham Əliyevin Prezident kimi həqiqətən alternativi yoxdur.

Prezident İlham Əliyev qarşıya çıxan təbii və inkişafdan doğan hər cür problemləri uğurla həll etməyə qadir dövlətçilik modeli yaradıb”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …