Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxırlar

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilir.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxırlar.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …