Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

“Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi” – RƏYLƏR

“Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirilib. İclasda sosial müdafiənin gücləndirilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olub”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov

Deputat Cavid Osmanov

“Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib”.

“Prezidentin dediyi kimi, 2019-cu il sosial müdafiə ili kimi yadda qalacaq. Prezidentin imzaladığı iki sərəncamla minimum əmək pensiyası 200 manata, minimum əməkhaqqı 250 manata çatdırıldı. Bundan başqa, təqaüdlər, müavinətlər artırıldı. Xüsusi ilə qeyd etməliyəm ki, bəzi dövlət qurumlarında çalışanların əmək haqqı 40 faiz artırıldı. Azərbaycan pensiyanın həcminə görə MDB ölkələrində 3-cü yerdədir. Bütün bunlar alıcılıq qabiliyyətinə də müsbət təsir edir. Alıcılıq qabiliyyətinin yüksək olması sevindiricidir. Düşünürəm, bu istiqamətdə islahatlar davam etdiriləcək. Dövlət başçısı bu islahatların başlanğıc olduğunu qeyd edib” – deputat qeyd edib.

Deputat Tahir Rzayev “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda 2019-cu ildə pensiyanın, əməkhaqqının, təqaüdlərin artımı alıcılıq qabiliyyətinə müsbət təsir edib: “İnsanların vəsaiti nə qədər çox olarsa, alıcılıq qabiliyyəti də o qədər yüksək olar, bunlar bir-birilə vəhdətdədir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev sosial müdafiənin gücləndirilməsi istiqamətində böyük addımlar atır: “Doğrudan da, Azərbaycan vətəndaşları alıcılıq qabiliyyətinə görə öncül yerdədirlər. Dövlət başçısının sosial sahədə həyata keçirdiyi islahatlar insanların rifah halının yüksəlməsinə səbəb olub. Bu, alqışlanmalıdır. Qeyri-neft sektorunda artımın qeydə alınması da alıcılıq qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır”.

Tahir Rzayev

Deputat Tahir Rzayev

“Prezidentin sosial sahədə islahatları davam edəcək”.

T.Rzayev vurğulayıb ki, Prezidentin sosial sahədə islahatları davam edəcək: “Dövlət başçısı bunu çıxışlarında da qeyd edib. Biz qeyri-neft sektorunu inkişaf etdirməli, ölkəni investorlara cəlbedici etməliyik. Bu da insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək”.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …