Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana dövlət səfərinə dəvət edib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezident İlham Əliyev qazaxıstanlı həmkarı ilə görüşdə bildirib.

“Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.

Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq. Bir daha xoş gəlmisiniz”, – dövlət başçısı qeyd edib.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …