Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlanıb

2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

Qeyd edilib ki, proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Check Also

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Xalq …