Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Prezident tapşırıq verib, Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Bu barədə  FHN-dən məlumat yayıb

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …