Bazar , 19 Yanvar 2025
Drone Cameras

Prezident: “Vətən müharibəsindən sonra mina terrorundan 300-ə qədər azərbaycanlı həlak olub və ya ağır yaralanıb”

“Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir.

“Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur”, – Prezident İlham Əliyev vurğulayıb.

Check Also

Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Boyukmillet.com xəbər …