Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Azinforum.az vasitəsilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib. Onun müraciəti Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Həsənov Məhəmməd Ələsgər oğlu ilə bağlıdır. Qurum sədri bildirir ki, Milli Qəhrəman 9 noyabr tarixində aftomobil qəzasına uğrayaraq Gəncə Beynəlxalq hospitalının reanimasiya şöbəsinə yerləşdirmiş və hazırda vəziyyəti olduqca ağırdır: “Möhtərəm Prezidentdən Milli Qəhrəmanımız Məhəmməd Həsənovu Bakıdakı hospitallardan birinə köçürülərək müalicəsinin nəzarətə götürməsini xahiş edirik”.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …