Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Prezidentdən laçınlılara: Sizinlə Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz

Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

Adətən öz ad günlərini, o cümlədən yubiley sayılan ad günlərini qeyd etmədiyini deyən dövlətimizin başçısı qeyd edib: “60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz”.

Check Also

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib – FOTO

Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə …