Şənbə , 14 Mart 2026
Drone Cameras

Prezidentin köməkçisi: Ermənilərin Ağdam və Laçından çıxarılması vaxtı olduğu kimi qalır

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ermənilərin Ağdamdan 20 noyabr, Laçından isə dekabrın 1-dək çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu müjdə Ali Baş Komandan tərəfindən yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …