Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Prezidentin köməkçisi evdə özünü müalicə edən koronavirus xəstələrinə müraciət etdi

“Bəzi hallarda insanlar evdə özünü müalicə ilə məşğul olurlar və ağırlaşan zaman xəstəxanaya müraciət edib reanimasiyaya yerləşdirilirlər”.

Boyukmillet.com  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Dövlət bu gün pulsuz tibbi xidmət göstərir, ona görə də evdə özünü müalicəyə ehtiyac yoxdur. Bu səbəbdən vaxtı-vaxtında polikliniklara müraciət etmək lazımdır”, – o bildirib

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …