Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Planlarımız var, müxtəlif komissiyalar yaradılıb”

“Naxçıvan iqtisadiyyatı ilə bağlı planlarımız var, müxtəlif komissiyalar yaradılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir. Növbəti mərhələlərdə makroiqtisadi göstəricilərə fokuslanacağıq. Hazırda bu məsələ ilə bağlı planlarımız var və müxtəlif komissiyalar yaradılıb. Həmin komissiyalar aktiv şəkildə işləyir. Düşünürəm ki, onların fəaliyyətinin nəticələrini görəcəyik”, – o vurğulayıb.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …