Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Prezidentliyə namizədin təbliğatı başına bəla oldu: “İcazəli hesab edilmir” – AÇIQLAMA

Prezidentliyə namizəd, Azərbaycan Xalq Cəbhəsi Partiyasınn sədri Razi Nurullayevin təbliğat-təşviqat kampaniyası çərçivəsində məscidə getməsi və namaz qılarkən fotoşəkillərini yayımlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Belə ki, məsciddə namaz qılan prezidentliyə namizəd Razi Nurullayevin arxa tərəfində dayanan xanımın görüntüsü onun namazının batil olunması kimi və yalnış bir təbliğat kimi qiymətləndirilib. 

Bununla bağlı big.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov İslam şəriəti baxımından naməhrəm kişilərlə qadınların bir arada namaz qılmasının icazəli olmadığını bildirib.

Əkrəm Həsənov qeyd edib ki, Allah Rəsulunun zamanında kişilər daha öncə məscidə daxil olar, sonra namaza az qlmış qadınlar onların arxasınca namazda durardılar: “İslam dini təşəkkül tapıb yayıldıqdan sonra Allah Rəsulunun məsləhəti ilə qadınlarla kişilərin namaz qıldığı məsafədə pərdələr çəkildi. Mədinəyə hicrətdən sonra isə Məhəmməd peyğəmbərin məscidi tikilir və qadınlar üçün xüsusi yer ayrılır. Sonrakı dövrələrdə isə məscidlər çoxaldıqdan sonra kişilər üçün və qadınlar üçün namaz otaqları ayrıldı. Bu gün bütün islam coğrafiyasında məscidlərdə kişilərlə qadınlar namaz otaqları ayrılmışdır. Bu gün müasir dövrümüzdə də qadınlarla kişilərin birlikdə namaz qılması doğru deyil. Ən azından pərdə ilə və ya gösrənməyəcəkləri sədd ilə örtülməlidir. Belə olması islam dininin göstərişidir. Əks halda bir çox fəsadlar törənə bilər. Ancaq evdə həyat yoldaşı ilə öz xanımı birlikdə namaz qıldıqda kişi öndə durmalı və qadın onun arxasında dayanmalıdır. Kişinin yanında durduqda fikir dağınıqlığı və namazdan yayınma hesab edilir və bu da namazın batil olmasına səbəb olur. Naməhrəm qohumlar olduqda isə yenə kişi öndə durmalı, ancaq qadın digər otaqda və ya pərdə çəkilməlidir”.

İlahiyatçı vurğulayıb ki, kişi namaz qıldıqda öz həyat yoldaşı onun yanına daxil ola bilər: “Burada qəbahət bir iş yoxdur. Yaxud da evdə qohumlar bir araya gəldikdə başqa qohum kişi namaz qılırsa naməhrəm qadın ancaq zəruri durumlarda otağa daxil ola bilər. Ümumiyyətlə isə namazda fikri yayındırmaması üçün daxil olmamağı tövsiyə olunur”.

Əkrəm Həsənov onu da qeyd edib ki, ki, məsciddə əlavə səccadəyə ehtiyac yoxdur: “Ancaq bəzən insanlar müəyyən şübhələrə düşə bilirlər, kimsə xəstə ola bilər, ya da məsciddə təmizliyə riayət zəif ola bilər, və.s. kimi hallarda əlavə səccadə götürmək icazəli sayılır”.

Əkrəm Həsənov söyləyib ki, bəzi islam alimləri namaz zamanı şəkil çəkdirməyi icazəli hesab etmirlər: “Ancaq müasir düşüncəli islam alimlər buna normal baxır. Hətta müasir islam alimləri özləri də şəkil çəkdirirlər. Namaz qılınan zaman şəkil çəkdirmək göstərişdən başqa bir şey deyil”. 

İnterpress.az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir