Cümə , 22 Noyabr 2024
Drone Cameras

Professor Prezidentlə görüşdən danışdı – BU GÖRÜŞ TARİXİ TORPAQLARIMIZA BAĞLILIĞIMIZIN İFADƏSİ İDİ

Azərbaycan Prezidentinin “Qərbi Azərbaycan” İcmasının təmsilçiləri ilə görüşü İlham Əliyevin timsalında dövlətin, cəmiyyətin tarixi torpaqlarımıza nə qədər bağlı olduğumuzun ifadəsi idi”.

Boyukmillet.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” icmasındakı görüşünə qatılan Pedaqoji Universitetin prorektoru,  professor Mahirə Nağıqızı deyib.

Ölkə rəhbərinin bu görüşdə səsləndirdiyi fikirlərin yaxın tariximizin xatırlanması ilə yanaşı gələcəyə verilən bir mesaj olduğunu vurğulayan Mahirə Nağıqızının sözlərinə görə, mövcud Azərbaycan dövlətinin gücü,potensialı imkan verir ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın o torpaqlara qayıdışını prioritetə çevirə bilək:

Bu bir tarixi gerçəklikdir. Elə bir gerçəklik ki, onu danmaq mümkünsüzdür. İrəvan  türk mədəniyyəti və memarlığını özündə cəmləşdirən şəhər olub. Təəssüf ki, ermənilər bu şəhərdə bu izi itirmək üçün əllərindən gələn hər şeyi etdilər.

Elə, Azərbaycan-türk mədəniyyətinin son memarlıq abidələrinin yerləşdiyi Təpəbaşı ərazisini götürək.

Guya, yenidənqurma işləri aparılıb. Amma bu ad altında azərbaycanlıların tarixi irsini məhv ediblər. Abidəni dağıda, silə bilərlər, tarixi isə silmək mümkünsüzdür. 

Gün gələcək, tarixi zərurət yaranacaq və biz o torpaqlarda yaşayacağıq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …