Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prokurorluq əməkdaşları Babəkdə tədbir keçirib

Babəkdə prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Babək şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərimizin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Babək rayon prokuroru, baş ədliyyə müşaviri Tural Məmmədov ölkəmizdə hüquqi dövlət quruculuğunda Heydər Əliyevin yorulmaz fəaliyyətindən danışıb.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Culfa rayon prokuroru, ədliyyə müşaviri Qalib İsmayılov və Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov bildiriblər ki, bu gün müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Ulu Öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə ölkədə insan hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Sonda “Heydər Əliyev salnaməsi – Qanun naminə” sənədli filminə baxış olub.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …