Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“Putin Ərdoğanı xəbərdar etmişdi” – Ölkələri üz-üzə qoyan olay

“İdlibdəki silahlılar (Azad Suriya Ordusu) bölgədəki gərginliyi artırmaq üçün qəsdən təxribat törədiblər”.

Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Truevtsev deyib.

“Dəməşq bu təxribata cavab olaraq İdlibə hücuma başlaya bilmədi, çünki mülki insanlar orada məskunlaşan yaraqlıların açdığı atəşlərdən ölürdülər. Bu, tamamilə qəbuledilməz idi. Moskva bundan əvvəl Ankaraya xəbərdarlıq edib ki, yaraqlılar hücumlarını dayandırmasalar, Suriya ordusu onlara qarşı əməliyyata başlayacaq”, – deyə ekspert vurğulayıb.

Truevtsev Əsəd ordusunun İdlibə hücumundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarını xəbərdar etdiyini istisna etməyib. Amma ekspert Suriya və Türkiyənin genişmiqyaslı müharibəyə girməyəcəyinə inanır, çünki Dəməşq iki böyük beynəlxalq oyunçunun – İran və Rusiyanın müttəfiqidir:

“Bu vəziyyətdə genişmiqyaslı toqquşma Moskva və Tehranın Dəməşq tərəfindən müharibəyə girməsi deməkdir. Bu, Türkiyə rəhbərliyi üçün tamamilə qəbuledilməzdir ”.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …