Şənbə , 10 Yanvar 2026
Drone Cameras

“Putin Avropa ilə istənilən an müharibəyə başlaya bilər”

Rusiya istənilən an Avropa ilə hərbi qarşıdurmaya başlaya bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger bəyan edib.

Onun sözlərinə görə, Moskva Avropanın sərhədlərinin dayanıqlığını yoxlamağa hazırlaşır və bu, “istənilən vaxt” baş verə bilər.

“Rusiya öz niyyətlərini gizlədir, lakin əslində məqsədi bizim sərhədlərimizi sınaqdan keçirməkdir. Hazırda Avropada ən yaxşı halda soyuq sülh hökm sürür, lakin bu sülh istənilən an qızğın qarşıdurmaya çevrilə bilər. Biz daha genişmiqyaslı eskalasiyaya hazır olmalıyıq”, – deyə Yeger bildirib.

Qeyd edək ki, Martin Yeger bu fikirləri Bundestaqda kəşfiyyat xidmətləri rəhbərlərinin illik ictimai dinləmələrində səsləndirib və Rusiyanı “Almaniyanın açıq şəkildə düşməni” adlandırıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …