Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı xüsusi hərbi əməliyyatla bağlı deyil.

Qeyd olunub ki, çağırışçılar Rusiya Silahlı Qüvvələri bölmələrinin Donetsk və Luqansk, Xerson və Zaporojye vilayətlərindəki (Ukraynanın Rusiyanın nəzarətində olan əraziləri-red) dislokasiya məntəqələrinə göndərilməyəcək.//Pravda.az

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …