Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Putin Rusiya iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb

Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatındakı vəziyyəti sabit kimi qiymətləndirib.

Boyukmillet.com xəbər verir ki, “Moskva.Kreml.Putin proqramı” üçün “Rossiya-1” telekanalına müsahibəsində o, əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb.

“İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”- deyə, o bildirib.

V. Putin vurğulayıb ki, Rusiyada əsas makroiqtisadi göstəricilərdən biri – işsizlik tarixi minimum səviyyədədir:

“İnflyasiya gözlənildiyindən aşağıdır və ən əsası, azalma tendensiyası var. Hesab edirəm ki, bu ilin birinci rübünün nəticələrinə görə, bugünkü 11,9 faizdən 5 faizə yaxınlaşa bilər. Bu isə insanların layiqli həyat səviyyəsini təmin etmək, onların real gəlirlərini təmin etmək üçün çox mühüm göstəricidir”.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …