Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması (AASQM) haqqında” müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.

 Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb.

Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə – Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya etmədiyindən Rusiya “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında” müqavilədə iştirakını dayandırmışdı.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …