Şənbə , 28 Mart 2026
Drone Cameras

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüş keçirib.

Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Prezident Rusiyanın xarici siyasət konsepsiyasının müddəalarının həyata keçirilməsinin müzakirəsini təklif edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda məruzə ilə çıxış edib.

Ölkənin xarici siyasəti konsepsiyası Prezidentin 31 mart 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib. Sənəddə bildirilib ki, ölkənin silahlı qüvvələri təkcə Rusiyaya və onun müttəfiqlərinə qarşı hücumu dəf etmək deyil, həm də qabaqlayıcı tədbirlər görmək hüququna malikdir.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …