Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Putindən Ermənistana BÖYÜK ZƏRBƏ: Bakı və Ankaranın…

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunmaq haqqında qanun layihəsini təklif edib.

Sənəddə KTMT-nin üzv dövlətləri ilə yanaşı, üzv olmayan ölkələr üçün müşahidəçi status nəzərdə tutulur.

Putinin bu təklifi Ermənistanda ciddi nartahatlıq yaradıb. Erməni şərhçi Sərkis Artsruni yazır ki, bu, KTMT-nin qapılarını Azərbaycan və Türkiyənin üzünə açacaq.

“Müşahidəçi statusun yaradılması Ermənistan üçün KTMT-də ciddi problemlər yaradacaq. Başqa sözlə, Bakı və Ankaranın önü açılır, İrəvan üçün yeni “sualtı riflər” yaradılır. Rusiya inqilabçı Ermənistanı cəzalandırır”, – deyə erməni şərhçi iddia edib. (publika.az)

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …