Yüz minlərlə dinc sakininin olduğu İdlib-Hələb xəttində toqquşmalar güclənib.
Boyukmillet.com xəbər verir ki, PKK terror təşkilatı PKK da Suriyanın İran və Rusiya ilə rejim ittifaqına qoşulub.
Hələbin qərbində PKK-nın açdığı dəhlizdən istifadə edərək, rejim qüvvələri və İran milisləri ən azı 3 şəhər və bir çox kəndi ələ keçirib.
Son 48 saat ərzində döyüşlər münaqişənin mərkəzi sayılan Hələbin qərbində daha da şiddətlənib. Buradakı qarşıdurmalarda PKK / YPG terror təşkilatı da rejimi dəstəkləyir. Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin də müşahidə məntəqələri olan Şeyx Aqilə hücum edən PKK / PYD terror təşkilatı müxaliflərə hücumun uğursuzluğa düçar olduqdan sonra rejim və İran milisləri ilə əməkdaşlıq edib. Terror təşkilat nəzarət altındakı bölgədən Nebul Zehra bölgəsindəki olan rejim və İran milislərinə Başhimraya enməyə imkan verən dəhliz açıb.
Buradan hücuma keçən terror təşkilatı Şeyx Aqili ələ keçirərək, müxaliflərin nəzarətindəki böyük bir bölgəni mühasirəyə alıb. Sonra Anedan, Hreytan və Ayn Cara şəhərlərini və Kefr Həmra, Hayyan, Bayanoun, Maarat Əl-Atik, Yakad Al Adas, Kafr Bash və Babil kəndlərini ələ keçirib. Hücumlarda PKK / PYD terror təşkilatı rejim qüvvələri və İran artilleriya dəstəyi verib. Bundan əlavə, PKK terrorçuları formalarını dəyişdirərək, hücumlarda iştirak ediblər.
Hücumlar zamanı Şeyx Aqil və Cəbəl Bərəkətdəki Türkiyənin müşahidə məntəqələri də hədəf alınıb. Hücumların nəticələri ilə bağlı heç bir açıqlama verilməyib. Son hücumlarla Qərbi Hələbin böyük bir hissəsi rejimin nəzarətinə keçib. Müxaliflərin əlində təkcə Etarip və Daret İzze qalıb. Anedandakı Türk müşahidə məntəqəsi tamamilə mühasirəyə alınıb. Şeyx Aqildə olan Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus hərbi hissə isə rejim, PKK terrorçuları və İran milisləri tərəfindən mühasirəyə alınıb. Rejimin ələ keçirdiyi 3 qəsəbədən 100 mindən çox insan Türkiyə sərhədinə köç etmək məcburiyyətində qalıb.
Qərbi Hələbdəki hücumdan əvvəl terror təşkilatı ilə Əsəd rejimi, Rusiya və İran arasında danışıqlar aparılıb. Rusiya prezidenti Putinin xüsusi nümayəndəsi Mixail Boqdanov tərəfindən başladılan danışıqlar Hımeymim Rusiya hərbi bazasında aparılıb. Danışıqlarda Bəşər Əsədin adından kəşfiyyat rəsmisi Əli Memlük, PKK/YPG terror təşklatının adından İlham Amed və Elder Xəlil iştirak edib. Danışıqlar zamanı PKK terror təşkilatı İdlib və Hələbdə rejimə dəstəyin əvəzində Afrin məsələsində dəstək istəyib. Əsəd rejimi, İran və Rusiyanın bu təklifə cavab verməsi ilə maraq mövzusu idi. Ancaq PKK/YPG-nin Qərbi Hələbdəki hücumlarına qatılması “razılaşma əldə oldundu” şərhlərinə səbəb olub.
Görüşlərə PKK adından qatılan Elder Xəlil terror təşkilatının mətbuat orqanlarına açıqlamasında ipucları verib. “Əməkdaşlıq prosesi son razılaşma istiqamətində irəliləyir. Diplomatik, siyasi və hərbi məsələlərdə əsas gündəmimiz Afrindir. Guta, Humus, Hələb Türkiyə dəstəkli qruplardan bir-bir alındı. İndi növbə İdlibdədir. Ərdoğan hakimiyyətinin üzləşdiyi çətinliklər Afrinin azadlıq imkanlarını yaradır”, – deyə terrorçu bildirib.
“Zeytun budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG / PKK terror təşkilatı Hələbin şimalındakı işğal etdiyi bölgələrdən Şeyx Aqildə Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqəsinin olduğu bölgədə müxaliflərə rejim qüvvələri ilə eyni zamanda hücuma keçib. Müxaliflər ağır silahlarla cavab verərək terror təşkilatının hücumlarını dəf edib. TSQ da terror təşkilatının mövqelərini uzunmənzilli toplarla vurub.
Türkiyə Silahlı Qüvvələri İdlibdəki müşahidə məntəqələrinə uzaqmənzilli top, tank, sursat və zirehli texnika göndərib. Türkiyənin fərqli birliklərindən İdlibdəki müşahidə məntəqələrini möhkəmlətmək üçün 150 zirehli texnika Hatayın Reyhanlı qəsəbəsinə göndərilib.