Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

“PYD PKK-nın Suriya qoludur, ancaq biz onları terror təşkilatı olaraq tanımırıq” – ABŞ-dan qalmaqallı açıqlama

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri  növbəti dəfə qalmaqallı açıqlama ilə gündəmə gəlib.

Boyukmillet.com xəbər verir ki, Cefri PYD-nin PKK-nın Suriya qolu olduğunu, ancaq ABŞ-ın PYD-ni terror təşkilatı kimi tanımadığını açıqlayıb. Cefri həm Türkiyə ilə, həm də terror təşkilatı PKK/PYD ilə əməkdaşlığın çox çətin olduğunu etiraf edib.

“Bu olduqca çətindir . Çünki, Türkiyənin Suriyada gücü, təsirləri çox böyükdür. Amma yerli tərəfdaş olmadan da ölkənin şimal-şərqində varlığımızı davam etdirə bilmərik. Bu yerli tərəfdaş 2014-cü ildən bu yana PKK-nın Suriya qolu olan, ancaq PKK kimi terror təşkilatı olaraq tanımadığımız PYD-dir. Bu məsələ türkləri çox qəzəbləndirir. Suriyada İŞİD-in məğlub edilməsinin xaricində bir siyasətimizin olmasına qərar verdiyimiz zaman türklər bizim üçün çətinliklər yaratmağa başladılar. Biz İŞİD-in məğlub edilməsindən başqa, həm də İran və İran dəstəkli milisləri də Suriyadan çıxarmağa çalışırıq. Ancaq türklər bizim Suriyanın şimal-şərqində qalmağımızın səbəbinin bu olub-olmadığından əmin deyillər. Onlara PYD/YPG ilə əməkdaşlığın müvəqqəti olduğunu söyləmişdik. Bunu türklərə izah edə bilmədik” – Cefri belə deyib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir