Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

Qəddafinin oğlunun cəsədi YOXA ÇIXDI


Liviyanın qərbindəki Ez-Zintan şəhərinin xəstəxanası Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin cəsədinin daxil olması barədə məlumatı təkzib edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Liviyanın “Al Wasat” portalı məlumat yayıb.

Bundan əlavə, qonşu Əl-Rəcbandakı tibb müəssisəsində də mərhumun harada olması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, dünən Liviyanın paytaxtı Tripolinin cənubunda Seyf əl-İslam Qəddafinin ölüm xəbəri yayılıb. İlkin məlumatlara görə, o, silahlı qruplar arasında aktiv döyüşlərin getdiyi ərazidə öldürülüb.

“Al-Hadath” telekanalı Qəddafi ailəsinə yaxın mənbələrə istinadla bildirir ki, Seyf əl-İslam öz iqamətgahının yaxınlığındakı bağda olarkən ölümcül yara alıb.

Hadisəni törədən 4 nəfər qaçıb. Eyni zamanda, “Al Jazeera” telekanalı xəbər verir ki, sui-qəsd olunmazdan əvvəl Qəddafinin evindəki bütün videomüşahidə kameraları sıradan çıxarılıb.

Liviya Baş Prokurorluğu ölümün səbəbinin güllə yaraları olduğunu təsdiqləyib. Qəddafinin tərəfdarları rəsmi araşdırma tələb ediblər. 

Xatırladaq ki, Seyf əl-İslam Qəddafi 2011-ci ildə öldürülən Liviya lideri Müəmmər Qəddafinin ikinci oğludur. O, 2021-ci ildə prezident seçkilərində iştirak etmək niyyətində olsa da, səsvermə baş tutmayıb.

Check Also

ABŞ Rusiyaya görə Əlcəzairə sanksiya TƏTBİQ EDİR

Vaşinqton administrasiyası Rusiyadan qırıcı təyyarələr aldığına görə Əlcəzairə qarşı sanksiyalar tətbiq edə bilər. Boyukmillet.com xəbər verir …