Şənbə , 28 Mart 2026
Drone Cameras

Qərargah rəisi: “FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib”

Fövqəladə Hallar Nazirliyi Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin xüsusi riskli xilasetmə xidmətinin qərargah rəisi polkovnik Asif Məmmədli deyib.

O bildirib ki, axtarış-xilasetmə işləri çərçivəsində 53 nəfəri dağıntılar altından sağ çıxarıblar ki, onlardan 17-si uşaq olub: “Həmçinin qruplarımız dağıntılar altından 174-ü uşaq olmaqla 780 meyit tapıb”.

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən FHN-nin çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …