Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Qərbi-Azərbaycan dövlətinin bayrağı qəbul edildi — FOTO

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.


Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.


O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.


“4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o qeyd edib.


Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.


Artıq mühacir hökumət də formalaşıb.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …