Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasının nümayəndələri Gəncə terroru nəticəsində dağılmış ərazilərə baş çəkib- Foto

Bu günlərdə Qərbi Azərbaycan İcması və Qaçqınlar Cəmiyyətinin sədri Millət Vəkili Əziz Ələkbərlinin təşəbbüsü ilə, apparat rəhbəri Abduləli Həsənov və Ramin Abdullayev Gəncə şəhərində mənfur düşmənlərin raketlə vurduğu yerlərə gedərək, vətəndaşlarla görüşüb, icazə verilən qaydada şəkillər çəkmişlər. Gəncə əhalisinin mərdliyinin şahidi olan heyət bir cümləni xüsusi qeyd etmişdir;

-Əsgərlərimiz gecə-gündüz atəş altında torpaqlarımızı işğalçılardan təmizləməkdən qorxmursa , Biz də burada heç nədən qorxası deyilik, sadəcə ermənilər necə şərəfsiz düşmən olduqlarını bir daha dünyaya nümayiş etdirdilər. Mərdlik nümunəsi göstərən Gəncəlilərin bu duruşu, düşmənə göz dağı olmaqla , bütün Azərbaycan xalqının Ali Baş Komandan ətrafında birləşərək mənfur düşmənin tezliklə ərazilərimizdən kökünün kəsiləcəyinə tam əmin olduqlarının sübutudur . Düşmənin şərəfsizliyinin və acızliyinin izlərini əks etdirən şəkillərdən bir neçəsini paylaşaraq , düşmənin insanlıqdan kənar əməllərini Sizə də göstəririk. Şanlı Azərbaycan ordusu düşmənin cavabını artıqlaması ilə verməkdə davam edir.

-Yaşasın Azərbaycan Ordusu !

-Yaşasın Azərbaycan Xalqı !

-Yaşasın Ali Baş Komandan !

-Yaşasın Azəri Türk Birliyi !

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …