Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycanla bağlı tarix Ermənistan tərəfindən saxtalaşdırılıb – Aygün Əliyeva

Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Təəssüf ki, bu tarix zamanla Ermənistan tərəfindən saxtalaşdırılıb və orada yaşayan azərbaycanlıların hüquqları pozulub.

Boyukmillet.com Trend-ə xəbər verir ki, bunu Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, artıq yeni reallıqlar fonunda geosiyasi vəziyyət dəyişib və Qərbi Azərbaycanla bağlı atılan addımların əsas məqsədi bir zamanlar orada yaşayan soydaşlarımızın hüquqlarının bərpa edilməsinə hesablanıb: “Dünya ictimaiyyəti zaman-zaman işağala məruz qalan ölkə ilə işğalçı ölkəni eyni müstəvidə müqayisə edib. Lakin indiki məqamda Qərbi Azərbaycan İcmasının fəaliyyətinin dərinləşdirilməsi dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması üçün çox önəmlidir.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ölkədə QHT-lərin inkişafını dəstəkləyən bir qurumdur. Bu baxımdan, Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq agentlik üçün prioritet istiqamətlərdən biridir. Bu əməkdaşlığın ilk addımı olaraq 10 fevral tarixində QHT Agentliyi qrant müsabiqəsi elan edib.

Müsabiqədə Qərbi Azərbaycan toponimlərinin tanıdılması, bu istiqamətdə multimediya məhsullarının hazırlanması, eyni zamanda, Qərbi Azərbaycan tarixi adibələrinin tədqiq edilməsi və bir çox altmövzular nəzərdə tutulur”.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …