Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Qəzzada ölənlərin sayı 436 nəfərə çatıb

İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …