Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib

İsrail Qəzza zolağının cənubunda HƏMAS hərəkatının səhra komandiri Bilal Əbu Assiyə zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb.

“Terrorçular Qəzza zolağının şimalında İsrail qoşunlarına atəş açdıqda, İsrail ordusu atəşkəs haqqında razılaşmanın pozulmasına cavab olaraq zolağın cənubundakı terrorçuya zərbə endirib”, – deyə məlumatda bildirilib.

İsrailin Müdafiə Ordusunun məlumatına görə, Bilal Əbu Assi HƏMAS-ın “Nuxba” tağımına başçılıq edib və 2023-cü il oktyabrın 7-də Nir-Oza hücuma rəhbərlik edib.

Check Also

İrana NOTA:  Amsterdam və Tehran arasında “çemodan krizi”

Niderland və İran arasında diplomatik münasibətlər qəfil yaranan “çemodan krizi” səbəbindən gərginləşib.Boyukmillet.com xəbər verir ki, Amsterdam …