Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Qəzzanın bərpası üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq

ABŞ-nin rəhbərlik etdiyi Qəzza zolağının bərpası və atəşkəsin monitorinqi üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq yeri açıqlanmır. Sadəcə məlumdur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək. Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmiləri də mərkəzə çıxış əldə edəcəklər.

Mərkəzə amerikalı general rəhbərlik edəcək.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidentinin Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici administrasiyanın tətbiqini və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini açıqlayıb.

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün israilli girovların azad edilməsi ilə bağlı sülh sammiti keçirilib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …