Çərşənbə , 7 May 2025
Drone Cameras

Qətərin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Həməd Əl-Taninin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Qətərin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, xatirə kitabı bu gün saat 13:00-dan 15:00-dək, oktyabrın 25-də və 26-da isə saat 11:00-dan 15:00-a qədər açıq olacaq.

Bundan əlavə, səfirlikdə matəm əlaməti olaraq, dövlət bayrağı endirilib.

Qeyd edək ki, keçmiş əmir şeyx Xəlifə bin Həməd Əl-Tani oktyabrın 23-də 85 yaşında vəfat edib. Sabiq hökmdarın vəfatı ilə əlaqədar Qətər hökuməti üç günlük matəm elan edib.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir