Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Qadın polislər asayişin keşiyində

Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək… Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.

Boyukmillet.com-a istinadən məlumat verir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.

Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.

Onlar biri qadın, ikisi isə kişi olmaqla, elektromobillərlə ərazini gəzirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi asayişi qoruyurlar.

Qadınlarla eyni vəzifəni bölüşən kişilər “aslanın erkəyi dişisi olmaz” deyirlər.

Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir