Bunu ötən illərdə Naxçıvanda olmuş Amerikalı tədqiqatçı və jurnalist Mark Hey “Vice” jurnalındakı dərc etdiyi məqaləsində söyləmişdi. Müəllifin Naxçıvanı dünyanın inkişaf etmiş şəhərlərindən olan San-Fransiskoya bənzətməsində bir oxşarlıq var, çünki San-Fransisko şəhəri də diyarımız kimi günəşli günlərinin çoxluğu, parlaq boyaları və yüksək əhval-ruhiyyəsi ilə diqqəti cəlb edir. Amma bir həqiqətdə var ki, bu gün Naxçıvan inkişafının elə bir dövrünü yaşayır ki, artıq Amerikadan və Avropadan görünən Naxçıvan olub. Ötənlərdə Naxçıvanda “Avropa günləri”nin keçirilməsi, Avropanın nüfuzlu dövlət nümayəndələrinin Naxçıvanda olması bunu təsdiqlədi. Hətta Belçikanın Azərbaycandakı səfiri Bert Skufsin fikirləri daha maraqlı idi:
“Naxçıvan yalnız danışmır, həmdə iş görür. Naxçıvan alternativ enerji mənbələrinə görə bəzi Avropa ölkələri üçün də nümunə ola bilər.”
Bəli bu gün salınan geniş küçələr, abadlığa çıxan kəndlər, xiyabanlar, parklar, müxtəlif istehsal sahələri, iqtisadi göstəricilər haqqında, ümumiyyətlə enerji idxal edən bir məkandan enerji ixracatçısına çevrilən muxtar diyarın uğurlarından, burda göz qabağında görülən işlərdən çox danımaq olar. Avropanın bir çox qabaqcıl ölkələrində alternativ enerji mənbələrindən istifadə olunur, bu göstərici təxminən 50-60 faiz arası dəyişir. Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpa olunan enerjilərdən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrasturukturunun yaradılması zamanı bu amil əsas götürülür. Bu gün Naxçıvanda elektrik enerjisinə olan təlabatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Hazırda Naxçıvanda 3 Günəş Elektirik Stansiyasının fəaliyyət göstərməsi Avropalı diplomatın dediklərini sübut edir ki, Naxçıvan bu sahədə Avropa ölkələrinə nümunə ola bilər.
Qafqazın İsveçrəsi
Naxçıvanda olmuş İsveçrəli jurnalist Nikoletta Hermanın fikirlərinə görə Naxçıvan dünyanın hüzurlu və sakit şəhərlərindən biridir. Naxçıvanda təmiz saxlanılmış küçələr, müasir və yaraşıqlı binalar bu diyarı Qərb şəhərlərinə bənzətdiyi kimi, əvvəlki görkəmi qorunub saxlanılmaqla təmir və bərpa olunan tarixi abidələr bizi Azərbaycanın keçmişinə qaytarır. Əslində diyarımızın əsrarəngiz təbiəti insan əli yaradılan bütün tikililəri, uca, yaraşıqlı binaları geridə qoyur. Naxçıvanı dörd bir tərəfdən haşiyəyə alan, ümummilli lider Heydər Əliyevin fikri ilə desək özündə kişi yaraşıqlığını əks etdirən təbiətdə göylərin və yerlərin sütunu adlandırılan rəngəbərəng dağlar Tanrının bu yerlərə bəxş etdikləridir. Culfanın və Ordubadın qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr, təkrarolunmaz rəngoyunu ilə öyünən dağ yamacları, dup-duru göllər, ilan kimi qıvrılan çaylar bu yerlərin həmdə turizim mənbəyidir. İsveçərli jurnalistin fikirləri ilə desəm, Naxçıvanın bu gözəllikləri qarşısında fotokameralar rahatlıq tapmır. Ordubadın Pəzməri şəlaləsi, Şahbuzun Batabat yaylağı, Culfanın rəngarəng dağları, Zəngəzur Milli parkında qorunan vəhşi təbiət nümayəndələri də fotokampçılığa şərait yaradır.
Şərq masallarını xatırladım.
Ötən dəfə Naxçıvana Amerikanın Texsas Ştatından qonaq gəlmişdi. Müəyyən bir səbəbdən dolayı gələn qonaqla, həmsöhbət olmaq qərarına gəldim. Bu qonağında Naxçıvanla bağlı fikirləri mənim üçün maraqlı idi. Kelly Edingson adlı qonağımız Naxçıvanı Şərq nağıllarında danışılan sakit və hüzurlu bir yerə bənzətdi. Hansı ki, oxuduğumuz nağıllarda bu yerlər, insanların rahatlıq tapdığı, hüzurlu, sanki müqəddəs və kamil insanlar tərəfindən yaradılan yerlərdir. Amma Kellyinin dedikləri nağıl deyil reallıqlardır. Bu reallıqlardır ki, bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin məzarı, 1200-dən çox tarixi abidə- saraylar, qalalar, qüllələr, sərdabələr, üzərində qədim insanların dəsti-xətti, rəsmi olan qayalar.
Naxçıvan sevgisi
Yurduna, torpağına bağlı insanların vətən sevgisinin qarşısında söz acizdir. Bir neçə xarici və nüfuzlu jurnalların müxbirlərinin dili ilə tanıtmağa çalışdım sizə Naxçıvanı. Şərqin qapısı sayılan bu diyar öz qapılarını qərbədə, şimalada, cənubada açıb. Bu gün beynəlxalq arenada da tanınır. Azərbaycanın yavru vətəni, blokada şəraitində yaşayan Naxçıvan kimi. Amma gəlib bu diyarı görənlər anlaya bilər ki, Nuh peyğəmbərə qucaq açan, ilk rəssamın Gəmiqayada çəkdiyi əsərə dönən, Bəşər sivilzasiyanının beşiyi olan, igid qızlar, mərd oğullar vətəni olan, sinəsində ucalan dağlarını qalaya çevirib düşmən sinə gərən, bir zamanlar sinəsi üstə məmləkətlər quran, dövlətlər yaradan, dahilər dühasına suyunu içirən NAXÇIVANDIR.
P.S-NAXÇIVANA XOŞ GƏLMİSİNİZ!!!
Qafqaz dağlarının San-Fransiskosu-Naxçıvan
Qafqaz dağlarının San-Fransiskosu