Şənbə , 20 Aprel 2024
Drone Cameras

İndoneziya Respublikasının səfiri Naxçıvan Dövlət Universitetində olub

İndoneziya Respublikasının səfiri Naxçıvan Dövlət Universitetində olub
İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Hüsnan Bəy Fanani Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin qarşısında qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onları ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Boyukmillet.com-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hal-hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir. Universitetdə hər bir fakültə üçün ayrıca tədris korpuslarının olduğunu diqqətə çatdıran – rektor bunu Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı kimi dəyərləndirib. 
Göstərilən xoş münasibətə görə minnətdarlıq edən – diplomat görüşün təşkil edilməsinə görə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Hüsnan Bəy Fanani bildirib ki, artıq 3 ildir ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərir. Görüşdə öz ölkəsi haqqında təqdimatla çıxış edən diplomat ölkəsinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi vəziyyəti, ordusu, İndoneziya-Azərbaycan əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Cənub-Şərqi Asiyada yerləşən ölkə əhalisinin sayına görə dünyada dördüncü yerdə dayanır. Dövlət dili indoneziya dili olan ölkənin təxminən 88 faizi İslam dininə etiqad edir. Azərbaycanın Odlar Yurdu, İndoneziyanın isə Odlar halqası olduğu diqqətə çatdırılıb. Azərbaycan xalqının zəngin tarixi keçmişə, çoxəsrlik mədəniyyətə malik olduğu çıxışda bildirilib. Diplomat vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Səfirin çıxışını ölkəmizə hörmət və sevgi ruhunda qurması, İncəsənət fakültəsində davam edən görüşdə pianoda M.Maqomeyevin “Azərbaycan” mahnısını universitetin kamera orkestrinin müşayiəti ilə birgə ifa etməsi iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir